Masa lövhəciyi
15 İyul 2018Təmiri başlamazdan əvvəl bir çoxlarımız mətbəxin planlamasından başlayırıq və burada əsas məsələlərdən biri masa lövhəciyidir(stoleşnica). Masa lövhəciyi nəyinki mətbəxə görkəm eyni zamanda da əsas funksional rol oynayır. Masa lövhəciyinin istehsal materialları: ağac, təbii və süni daş (akril), plastik, paslanmayan polad, şüşə. Gəlin hər bir material üzərindən ətraflı keçək.
Masa lövhəciklərin geniş yayılmış növü – laminasiya olunmuş plastikdir. Bu material çox ucuz başa gələn və eyni zamanda montajı asan və çoxlu rəng seçimi olan bir materialdır. Lakin onların üst səthi cızılmağa meyillidir.
Taxtadan olan Masa lövhəciyi universal və çox gözəl görkəm bəxş edəcək bir materialdır. Öncədən emal olunmuş taxta nəmişliyə davamlı və eyni zamanda montajı çox asandır. Lakin deşici, kəsici və qaynar əşyalarnan ehtiyatlı davranmaq lazımdır, onlar taxta lövhədə bərpaolunmaz izlər saxlaya bilərlər
Təbii daş – klassik interyer üçün ideal variantdır. O, uzunömürlü, möhkəm, gözəl, eyni zamanda yüksək temperaturlara və nəmişliyə davamlıdır. Adətən masa lövhəciyi mərmər, qranit və ya bazaltdan hazırlayırlar. Mənfi cəhətlərdən isə bahalı qiymət və lövhəciyin həddindən ağır olmasını vurğulamaq olar.
Süni daş təbii daşdan daha sərfəlidir və kompozit materialdan hazırlanır. müxtəlif rəng və fakturalara malikdir. Müsbət cəhətlərdən nəmişliyə, zarbəyə davamlılıq, təmizlənməsi asan, tez bir şəkildə bərpaolunan, mənfi cəhətlərdən isə cızılmağa meyilli olmasıdır .
Şüşədən olan lövhəciklər son zamanlar geniş yayılmaqdadır. Temperli şüşədən hazırlanaraq, xarici təsirə çox davamlıdır və uzunömürlüdür. Lakin şüşədən olduğu üçün qabarıq və sərt səthi olan materiallar qarşısında acizdir.
Metaldan olan lövhəciklər çox praktik, uzunömürlü lakin geniş yayılmayıblar. metal nəmişliyə və yüksək temperatura davamlı və asanlıqla təmizlənə bilən bir səthdir. Lakin metalda möhkəm zərbədən sonradan bərpaolunması mümkünsüz olan dəlik əmələ gələ bilər
Əsas odur ki, hansı materialdan olan masa lövhəciyini seçsəniz onunla ehtiyatlı davranmalı olacaqsınız. Bu səbəbdən yuxarıda qeyd olunmuş materialların xüsusiyyətlərini təhlil edərək sizə daha uyğun olanını seçin.