Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək
Təmir haqqda məlumat sistemi

Dartma yoxsa Asma Tavan?

28 Fevral 2019
← Faydalı məlumatlara

Bir çoxlarımız təmirə aid olan bu ifadələri tez-tez səhv salırıq. Bəs Dartma və Asma tavanlar nə ilə seçilir, hansı daha yaxşıdır, hansı daha münasibdir və hansı parametrlərə görə bunları təyin etmək olar. Gəlin incəliklərlə bunu təhlil edək.

 

Dartma tavan - xüsusi elastik örtüyünün isidilərək çəkilməsinə deyilir, dartma tavanın karkası tez və rahat montaj olunur, təxmini olaraq 3 otaqlı evin tavananını heç bir toz-torpaq yaratmadan.1 günə hazır etmək olar. Material o qədər elastikdır ki, hər hansı bir səbəbdən onun üstünə su yığılarsa sökülmədən həmin suyu oradan xaric etmək olar, eyni zamanda da ətrafa zərər vermədən. Elastiklikliyin digər bir xoş xüsusiyyəti odur ki, dizaynerlər və ustalar sizin ən cəsur fantaziyanızı belə gerçəkləşdirə bilərlər. Dartma tavan materialı istənilən rəng çalarlarında satılır və quraşdırılandan sonra heç bir boyamaya ehtiyac qalmır, bu da həm sizin vaxtınıza və pulunuza qənaət deməkdir.

Müsbət cəhətlər:

  • Vaxt sərfiyyatı minimum
  • Qiymət baxımından daha ucuz, həm materiallar, həmdə usta haqqı
  • Yuxarıdakı qonşudan su sızarsa ciddi fəsadsız, peşəkar usta vasitəsilə suyu xaric edib, tavana yenidən əvvəlki görkəmi qaytara bilərsiniz
  • Istənilən rəng çalarları (həm rəng həmdə tekstur baxımından bazarda 100-dən çox çeşid)

 

Mənfi cəhətlər:

  • Mexaniki zədə - membran tipli material hər hansı deşici və ya kəsici alət qarşısında acizdir. Bunun üçün də artıq membran tipli deyil, məhz parça tipli materiallara üstünlük verilir
  • Keyfiyyətli və orijinal material axtarışına çox vaxt sərf edəcəksiniz və sizi aldatma ehtimalı çox yüksəkdir, mütləq peşəkarların xidmətindən istifadə edin

 

 

Asma tavan – TC və TU alluminum profillərindən ibarət olan karkasın üzərinə montaj olunan alçıpan lövhələrinə deyilir. Burada metal karkas daha mürəkkəb olduğundan 1-2 gün yalnız onun quraşdırılmasına sərf olunur. Alçipan dartma tavanın materialından daha möhkəmdir və bu səbəbdən də mexaniki təsirə daha davamlıdır, lakin suyun (nəmişlik ilə səhv salmayın, birbaşa suyun təsiri nəzərdə tutulur) təsiri qarşısında acizdir. Quraşdırma bitəndən sonra alçipanlar həm astar/üzlük ilə, həm cilalanmalı, həmdə boyanma ilə işlənməlidirlər.

Müsbət cəhətlər:

  • Daha möhkəm konstruksiya, daha üzunömürlü istifadə
  • Lövhənin altından əlavə izolyasiya meterialları aparıla bilər (dartma tavanda bu mümkün deyil, tavan dartılaraq aşağı düşür)
  • Ekolojı cəhətdən daha təmizdir

Mənfi cəhətlər:

  • Daha çox vaxt və daha çox pul sərfiyyatı
  • Tavanın hündürlüyü ən azı 8 sm aşağı enir, bu səbədən tavanı aşağı olan evlərdə istifadəsi estetik görünmür
  • Toz və çoxlu tullantılara səbəb olur və suyun təsiri qarşısında acizdir

Nəticə: məqsədimiz hər bir üslubun öz xüsusiyyətlərini qeyd etməkdir, hər bir üslub peşəkar tərəfindən gerçəkləşdiyi və quraşdırılacak məkanın özəllikləri nəzərə alındığı halda çox gözəl, praktik və ideal ola bilər.