Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək
Təmir haqqda məlumat sistemi

3D Divar Panelləri

26 May 2020
← Faydalı məlumatlara

Təmirə başlayarkən hər kəs eksklyuziv, qeyri-adi və dəbli interyerə sahib olmaq arzu edir. Müasir interyer dizayn aləmində məhz 3D divar panelləri özəl və fərqli görünüş yaratmaq üçün istifadə olunan yeni, praktik, həmçinin əlçatan bir məhsuldur.

3D divar panelləri fərqli ölçüdə (əsasən 50sm x 50sm) olan çıxıntılı və ya batıqlı plitələrdi. Onlar divar səthinin üzərində düzgün şəkildə yanaşı quraşdırılır və nəticədə dikişsiz (şovsuz) tekstur yaranır. 3D divar panellərini otağın bütün divarlarına və ya tək bir divara quraşdırmaq olar. Məhz həcmli teksturlar sayəsində 3D effekt əldə edilir, hansıkı işıqlandırma və baxış küncünə görə dəyişir. Həmçinin, düzgün seçilmiş tekstur sayəsində, otaq vizual olaraq tamamilə fərqli, daha böyük və geniş görsənir. Bundan əlavə, xüsusi 3D arakəsmələr isə otağı zonalara asanlıqla bölmək üçün istifadə edilir.

3D divar panelləri müxtəlif növ gips və bərkidici əlavələrdən istehsal olunur. Xüsusi möhkəmləndirilmiş tərkibinə görə, panellər zərbəyə daha davamlı olur və həmçinin əlavə səs/istilik izolyasiyasını təmin edir.  Bu materialın vacib üstünlüyü onun həmdə ekoloji təmiz və oda davamlı olmasıdır. Divar panellərini rahatlıqla istənilən rəngə boyamaq olur. Digər özəl cəhət ondan ibarətdir ki, 3D panelləri istənilən eskizə əsasən fərdi sifarişlə istehsal etmək mümkündür.

Geniş və daim artan 3D divar panelləri çeşidi, hər zövq və  interyer dizayna uyğun seçim etməyi təmin edir. Bu məhsul istənilən kreativ fikiri həyata keçirmək və təkrərolunmaz interyerə sahib olmaq imkanını yaradır.